...

Qazaxıstanda koronavirusa yoluxanların sayı artıb

Dünya xəbərləri Materials 23 İyun 2020 08:26 (UTC +04:00)

Bakı. Trend:

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 499 nəfər yoluxub.

Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 18 231 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində 261 nəfər koronavirusdan sağalıb, 7 nəfər isə vəfat edib.

Məlumata əsasən, hazırkı dövrədək koronavirusa yoluxanlardan 11 158 nəfər sağalıb, 127 nəfər isə vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti