...

CAR-da koronavirusa qarşı vaksinin ilk sınaqları başlayıb

Dünya xəbərləri Materials 24 İyun 2020 20:51 (UTC +04:00)
CAR-da koronavirusa qarşı vaksinin ilk sınaqları başlayıb

Bakı. Trend:

Cənubi Afrika Respublikasında (CAR) koronavirusa qarşı vaksinin Afrikada ilk sınaqları başlayıb.

Trend-in məlumatına görə, vaksin Böyük Britaniyanın Oksford Universiteti tərəfindən “AstraZeneca” əczaçılıq şirkət ilə birgə hazırlanıb.

Bu vaksinin ilkin sınaqları Böyük Britaniyada keçirilib. CAR-da davam edən sınaqlarda 2 minə yaxın könüllü iştirak edir.

Bundan başqa, sınaqların Braziliya və ABŞ-da keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, CAR Afrikada koronavirusun ən çox qeydə alındığı ölkədir. Burada 106 mindən çox şəxs virusa yoluxub, 2 102 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti