...

Türkiyədə koronavirusdan sağalanların sayı 169 min nəfəri ötüb

Dünya xəbərləri Materials 27 İyun 2020 21:28 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 17 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 082 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 372 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 195 883 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 984 nəfər olmaqla 169 182 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti