...

Yaponiyada daşqınlar nəticəsində 15 nəfər həlak olub

Dünya xəbərləri Materials 4 İyul 2020 16:57 (UTC +04:00)
Yaponiyada daşqınlar nəticəsində 15 nəfər həlak olub

Bakı. Trend:

Yaponiyanın cənub-qərbində davam edən daşqınlar nəticəsində azı 15 nəfər həlak olub.

Trend-in məlumatına görə, Kumamura prefekturasında Kumaqava çayının daşması nəticəsində qocalar evini su basıb.

Ölənlərin 14 nəfəri burada aşkar edilib. Daha bir nəfə yaxınlıqdakı kənddə həyatını itirib.

Hazırda 9 nəfər itkin düşmüş hesab edilir.

Qeyd edək ki, təbii fəlakətlə əlaqədar regionda 200 min sakinə təxliyə tövsiyəsi verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti