...

Merkel Aİ sammitinin nəticəsindən məmnun qaldığını bildirdi

Dünya xəbərləri Materials 21 İyul 2020 08:40 (UTC +04:00)
Merkel Aİ sammitinin nəticəsindən məmnun qaldığını bildirdi

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) büdcə və bərpa fondu üzrə razılığa gəldiyi sammitdə "qeyri-adi yollarla" getmək və güzəşt etmək bacarığını göstərdi.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu sammitin yekunları üzrə mətbuat konfransında Almaniyanın kansleri Angela Merkel deyib.

A.Merkel bildirib: "Biz yaxşı nəticəyə gəldik. Bu, Avropadan kənar üçün yaxşı bir siqnaldır".

Qeyd edək ki, Aİ-nin yeddi illik büdcə planının son kompromis versiyası 1,074 trilyon avro təşkil edir, büdcədənkənar iqtisadiyyatın koronavirus pandemiyasından sonra bərpası fondunun həcmi isə 750 milyard avro səviyyəsində qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti