...

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

Dünya xəbərləri Materials 31 İyul 2020 01:39 (UTC +04:00)

Bakı. Trend:

Vaşinqton nüvə, raket və hərbi proqramlara qarşı çıxmaq çıxmaq məqsədilə Tehrana qarşı sanksiyaları genişləndirib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo bildirib.

M.Pompeo deyib: "Bu gün Dövlət Departamenti nüvə, hərbi və ballistik proqramlar ilə əlaqədar istifadə olunan 22 növ material müəyyənləşdirib. Bu metalları bilərəkdən İrana verənlər artıq sanksiyaların təsiri altına düşürlər".

Dövlət katibi vurğulayıb ki, İranın nüvə, raket və hərbi proqramları beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhdid yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti