...

Kanadada tornado 2 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 9 Avqust 2020 03:25 (UTC +04:00)
Kanadada tornado 2 nəfərin ölümünə səbəb olub

Bakı. Trend:

Kanadanın Virden şəhərində (Manitoba əyaləti) formalaşan tornado iki nəfərin ölümünə səbəb olub, daha bir nəfər isə xəsarət alıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, insident avqustun 7-si axşam saatlarında baş verib. Ölən şəxslərin 18 yaşı olub.

Məlumata əsasən, onların cəsədləri deformasiyaya uğramış avtomobildə aşkar olunub. Ciddi xəsarətlər alan şəxsin 54-ü yaşı olub, xilasedicilər onu deformasiyaya uğramış avtomobildən çıxarıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti