...

Gürcüstanda beynəlxalq aviareyslərə qadağa müddəti uzadıldı

Dünya xəbərləri Materials 12 Sentyabr 2020 11:38 (UTC +04:00)

Bakı. Trend:

Gürcüstan hökuməti ölkədə koronavirusa yoluxma hallarının artması ilə əlaqədar beynəlxalq uçuşlara qadağanın müddətini uzadıb.

Trend-in məlumatına görə, ölkə ərazisində beynəlxalq aviareyslər oktyabrın 31-dək qadağan edilib.

İstisnalar yalnız, Şota Rustaveli adına hava limanından Münhen, Paris və Riqa istiqamətlərinə uçuşlara edilib.

Qeyd edək ki, Gürcüstanda aviareyslər mart ayında dayandırılmışdı. Bu günədək ölkədə 2 075 nəfər koronavirusa yoluxub. Təkcə, son bir həftədə yoluxma sayı 454 nəfər artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti