Bakı. Elnur Bağışov - Trend:
Pandemiya bütün dünyada iqtisadiyyata zərbə vurub.
Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi mətbuat konfransında deyib.
S.A.Musəvinin sözlərinə görə, heç bir ölkə bu pandemiyadan qoruna bilməyib.
Musəvi əlavə edib ki, İran potensiallı ölkədir. Əhalisi təxminən 85 milyon olan İranın böyük ərazisi var. İran minimum xəsarətlə bu pandemiyadan çıxa bilib:
"İranda əhali bir tərəfdən sanksiya və bir tərəfdən pandemiyaya görə elə də çətin şəraitdə deyil.
İran höküməti daxili potensialı nəzərə alaraq, qonşu ölkələrlə xüsusilə Azərbaycanla əlaqələrlə pandemiyadan az xəsarət gördü. Pandemiya dövründə iki ölkə sərhədləri heç vaxt bağlanmadı və tranzitə şərait yaradıldı. Buna görə Azərbaycan rəsmilərinə təşəkkür edirəm. İranın Azərbaycanla sərhəddə 4 vilayəti ilə tanış oldum. Hətta sərhəd xəttinə qədər getmişəm. Mənə bir neçə məntəqəni göstərdilər ki, orada sərhəd bazarları yaradıla bilər".