Bakı. Trend:
Kolumbiyanın qərbində naməlum cinayətkarların hücumu nəticəsində 5 nəfər qətlə yetirilib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, insident Buenos-Ayres bələdiyyəsində (Kauka departamenti) baş verib.
Məlumata əsasən, naməlum şəxslər xoruz döyüşləri keçirilən yerə əl qumbarası atıblar, daha sonra isə atəş açmağa başlayıblar.
İnsidentlər bağlı araşdırma aparılır.