...

Rusiyada koronavirusdan ölənlərin sayı 20 mini keçdi

Dünya xəbərləri Materials 25 Sentyabr 2020 12:03 (UTC +04:00)
Rusiyada koronavirusdan ölənlərin sayı 20 mini keçdi

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 1,13 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 7 212 nəfər virusa yoluxub, 108 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 136 048 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 20 056 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 934 146 nəfər virusdan sağalıb, 181 846 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti