Bakı. Trend:
Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 27 444 nəfər yoluxub.
Trend-in "Xihua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 5 055 888 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 682 nəfər ölüb, ölənlərin ümumi sayı 149 639 nəfər təşkil edir.
Qeyd edilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 4 443 595 nəfəri sağalıb.