...

Qazaxıstanda koronavirusa daha 74 nəfər yoluxub

Dünya xəbərləri Materials 12 Oktyabr 2020 08:27 (UTC +04:00)
Qazaxıstanda koronavirusa daha 74 nəfər yoluxub

Bakı. Trend:

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 74 yoluxma halı qeydə alınıb.

Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 108 831 nəfərə çatıb.

Bildirilir ki, Qazaxıstanda yeni koronavirusa yoluxanlardan 104 041 nəfəri sağalıb, 1 746 nəfəri isə vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti