...

Türkiyədə koronavirusdan sağalanların sayı 307 minə çatır

Dünya xəbərləri Materials 20 Oktyabr 2020 22:52 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 307 minə çatır

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 74 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 9 445 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 894 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 351 413 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 512 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 306 939 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti