Bakı. Trend:
Nüvə Silahlarına Qadağa Müqaviləsi 22 yanvar 2021-ci il tarixində qüvvəyə minəcək.
Trend-in məlumatına görə , bu barədə Nüvə Silahlarının Qadağan Edilməsi üzrə Beynəlxalq Kompaniyanın rəsmi saytında bildirilib.
Qeyd olunub ki, 50 ölkə Nüvə Silahlarına Qadağa Müqaviləsini təsdiqlədi: "O 22 yanvar 2021-ci ildə qüvvəyə minəcəkdir".
Müqaviləni təsdiqləyən son ölkə Honduras oldu. Ondan bir gün əvvəl müqavilə Yamayka və Nauru tərəfindən təsdiq edilib.