...

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 490 mindən çox artıb

Dünya xəbərləri Materials 12 Noyabr 2020 04:45 (UTC +04:00)
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 490 mindən çox artıb

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 490 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 490 478 nəfər yeni koronavirusa yoluxub, 8 570 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 51 251 715, ölənlərin isə 1 270 930 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti