...

Böyük Britaniyada koronavirusa qarşı peyvəndləmə başlayacaq

Dünya xəbərləri Materials 2 Dekabr 2020 11:25 (UTC +04:00)
Böyük Britaniyada koronavirusa qarşı peyvəndləmə başlayacaq

Bakı. Orxan Nəbiyev - Trend:

“Pfizer” və “BioNTech” şirkətlərinin birgə koronavirus vaksini Böyük Britaniyada tətbiq olunması üçün razılıq alınıb.

Trend-in məlumatına görə, bu, Böyük Britaniyada qeydiyyata alınan ilk koronavirus vaksini olub.

Bu barədə ölkə hökuməti açıqlama yayaraq istifadə üçün tövsiyələri qəbul etdiyini deyib.

Yaxın günlərdə ölkə 10 milyon doza əldə edəcək. Peyvəndləmənin gələn həftə başlaması gözlənilir.

Qeyd edək ki, ilin sonunadək “Pfizer” və “BioNTech” vaksininin ABŞ və Avropa İttifaqında da qeydiyyata alınması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti