...

Ötən sutka ABŞ-da koronavirusdan rekord sayda ölüm halı qeydə alınıb

Dünya xəbərləri Materials 3 Dekabr 2020 08:24 (UTC +04:00)
Ötən sutka ABŞ-da koronavirusdan rekord sayda ölüm halı qeydə alınıb

Bakı. Trend:

ABŞ-da ötən sutka yeni növ koronavirusdan (COVİD-19) rekord sayda - 2 760 ölüm halı qeydə alınıb.

Trend-in "The New York Times" qəzetinə istinadən verdiyi məlumata görə, son dəfə koronavirusdan ölüm hallarında sutkalıq rekord göstərici aprelin 15-i qeydə alınmışdı - 2 752 ölüm halı.

Federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti isə öz növbəsində bildirib ki, ölkədə koronavirusa yoluxanların sayı 13,9 milyonu ötüb, koronavirusa yoluxanlardan 273 316 nəfəri vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti