...

Rusiyada koronavirusdan ölənlərin sayı 43 mini keçdi

Dünya xəbərləri Materials 7 Dekabr 2020 12:11 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 2,48 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 28 142 nəfər virusa yoluxub, 456 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 2 488 912 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 43 597 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 956 588 nəfər virusdan sağalıb, 488 727 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti