...

Aİ nümayəndələri Britaniyada koronavirusun mutasiyası fonunda iclas keçirəcəklər

Dünya xəbərləri Materials 20 Dekabr 2020 22:19 (UTC +04:00)
Aİ nümayəndələri Britaniyada koronavirusun mutasiyası fonunda iclas keçirəcəklər

Bakı. Trend:

Avropa İttifaqına (Aİ) üzv ölkələrin nümayəndələri Böyük Britaniyada koronavirusun yeni mutasiyasının aşkarlanması ilə əlaqədar videokonfrans formatında görüş keçirəcəklər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Brüsseldə jurnalistlərə Aİ Şurasındakı mənbə bildirib.

Onun sözlərinə görə, Avropa Şurasının sədri Şarl Mişelin kabineti aşkarlanan yeni mutasiya ilə əlaqədar paytaxtlar səviyyəsində videokonfrans formatında iclasın keçirilməsini istəyib. İclasda yeni mutasiya və ona qarşı tədbirlər müzakirə ediləcək.

Qeyd edək ki, dekabrın 14-ü Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok bildirib ki, britaniyalı alimlər ölkədə koronavirusun yeni mutasiyasını aşkarlayıblar. Onun sözlərinə görə, ilkin araşdırmalar göstərir ki, sözügedən ştamm digər ştammlardan daha sürətli yayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti