...

Cənubi Koreya "Pfizer" və "Janssen" şirkətlərindən koronavirusa qarşı vaksinlər alacaq

Dünya xəbərləri Materials 24 Dekabr 2020 08:48 (UTC +04:00)
Cənubi Koreya "Pfizer" və "Janssen" şirkətlərindən koronavirusa qarşı vaksinlər alacaq

Bakı. Trend:

Cənubi Koreya "Pfizer" və "Janssen" şirkətləri ilə yeni növ koronavirusa (COVİD-19) qarşı vaksinlərin tədarükü ilə bağlı müqavilələr imzalayıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Cənubi Koreyanın baş naziri Çon Se Gün jurnalistlərə bildirib.

Onun sözlərinə görə, "Pfizer" şirkətindən 10 milyon nəfərin vaksinasiyası üçün, "Janssen" şirkətindən isə 6 milyon nəfərin vaksinasiyası üçün vaksinlər alınacaq.

Qeyd edilir ki, Cənubi Koreya ümumilikdə koronavirusa qarşı vaksinlərin tədarükü ilə bağlı 4 xarici şirkətlə müqavilə imzalayıb. Bu müqavilələr əsasında ölkəyə gətiriləcək vaksinlər 44 milyon nəfərin vaksinasiya olunmasını təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti