...

Daha bir ölkə yeni koronavirus ştammına görə sərhədləri bağladı

Dünya xəbərləri Materials 28 Dekabr 2020 15:27 (UTC +04:00)
Daha bir ölkə yeni koronavirus ştammına görə sərhədləri bağladı

Bakı. Orxan Nəbiyev - Trend:

İndoneziya koronavirusun yeni ştammının yayılmasının qarşısını almaq məqsədilə yanvarın 1-dən 14-dək ölkəyə xarici vətəndaşların daxil olmasını qadağan edəcək.

Trend-in məlumatına görə, bunu ölkənin xarici işlər naziri Retno Marsudi deyib.

Qeyd edək ki, ötən həftə İndoneziya Böyük Britaniya vətəndaşları üçün ölkəyə girişi qadağan etmişdi. Eyni zamanda, Avropa ölkələrindən və Avstraliyadan olan şəxslərin ölkəyə daxil olmaq qaydalarını sərtləşdirmişdi.

Böyük Britaniyada koronavirusun daha sürətlə yayılan yeni mutasiyası aşkar olunub. Bir çox ölkə Böyük Britaniya ilə qarşılıqlı səfərləri dayandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti