Bakı. Trend:
800 mindən artıq Rusiya vətəndaşı koronavirusa qarşı vaksinasiya olunub.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rusiyanın səhiyyə naziri Mixail Muraşko deyib.
M.Muraşko bildirib: "Bütün məlumatlar nəzərə alınaraq 800 mindən çox insan vaksinasiya olunub."
Səhiyyə naziri qeyd edib ki, vaksinasiya əsasən yaşı 60-dan yuxarı olan vətəndaşlar arasında aparılır.