Bakı. Trend:
ABŞ Konqresin binası etirazçılardan təmizlənib və təhlükəsizdir.
Trend-in məlumatına görə, bu barədə Reuters agentliyi ABŞ hakimiyyəti nümayəndələrinə istinadən bildirib.
Məlumata əsasən, hüquq mühafizə orqanlarının nümayəndəsi Konqres üzvlərinə binanın təhlükəsiz olduğunu bildirdi.
Polis etirazçıları Konqres binasından uzaqlaşdırmaq üçün gözyaşardıcı qazdan istifadə edir.