...

Vaşinqtonda iğtişaşlarla əlaqədar 50-dən çox şəxs saxlanılıb

Dünya xəbərləri Materials 7 Yanvar 2021 10:14 (UTC +04:00)
Vaşinqtonda iğtişaşlarla əlaqədar 50-dən çox şəxs saxlanılıb

Bakı. Orxan Nəbiyev - Trend:

ABŞ-ın paytaxtı Vaşinqtonda iğtişaşlarla əlaqədar tətbiq olunan komendant saatını pozduğuna görə 52 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, bunu Vaşinqton polisinin rəhbəri Robert Konti deyib.

Qeyd olunub ki, 26 nəfər Konqres binasının yaxınlığında saxlanılıb. Bundan başqa, polis əməkdaşları biri Demokrat partiyası, biri Respublikaçılar partiyasının binasında olmaqla iki partlayıcı maddə aşkar edib.

Xatırladaq ki, gecə saatlarında Vaşinqtonda prezident Donald Trampın tərəfdarları Konqres binasına hücum edib. Yaranan iğtişaş nəticəsində 4 nəfərin öldüyü bildirilib. Polis gözyaşardıcı qaz tətbiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti