...

Vaşinqtondakı iğtişaşlarla əlaqədar 55 nəfərə qarşı ittihamlar irəli sürülüb

Dünya xəbərləri Materials 8 Yanvar 2021 04:31 (UTC +04:00)
Vaşinqtondakı iğtişaşlarla əlaqədar 55 nəfərə qarşı ittihamlar irəli sürülüb

Bakı. Trend:

ABŞ hakimiyyəti yanvarın 6-sı paytaxt Vaşinqtonda baş verən iğtişaşlarla əlaqədar 55 nəfərə qarşı ittihamlar irəli sürüb.

Trend-in məlumatına görə, bu barədə Vaşinqtonun Kolumbiya dairəsinin prokuroru vəzifəsini icra edən Maykl Şervinə istinadən "Bloomberg" agentliyi xəbər verir.

Agentliyin məlumatına əsasən, şübhəlilərin əksəriyyəti icazəsiz giriş və basqında günahlandırılır, lakin ittiham edilənlər arasında Kapitolda avtomatik tüfəng və 11 "Molotov" kokteyli ilə saxlanılan bir nəfər də var.

M.Şervin qeyd edib ki, gələcəkdə digər ittihamlar da irəli sürüləcək: "Bu, yaxşı bir başlanğıcdır, lakin heç bir şəkildə son deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti