...

Çin 11 milyon əhalisi olan şəhərlə nəqliyyat əlaqəsini dayandırdı

Dünya xəbərləri Materials 8 Yanvar 2021 17:13 (UTC +04:00)
Çin 11 milyon əhalisi olan şəhərlə nəqliyyat əlaqəsini dayandırdı

Bakı. Orxan Nəbiyev - Trend:

Çin hökuməti ölkənin şimalındakı Hebey əyalətində 11 milyon əhalisi olan Şitszyaçjuan şəhəri ilə nəqliyyat əlaqəsini dayandırıb.

Trend-in məlumatına görə, buna şəhər ərazisində koronavirusa yoluxma hallarının kəskin artması səbəb olub.

Bundan başqa, Sintay şəhərində də sakinlərin hərəkəti məhdudlaşdırılıb.

Qeyd olunur ki, bu şəhərlərdə bir həftə ərzində 300-dən çox yoluxma qeydə alınıb.

Son sutka ərzində Çində 53 yoluxma qeydə alınıb ki, bunlardan 33 nəfəri Hebey əyalətində yoluxub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti