...

Vaşinqtonda 6 min hərbçi hazır vəziyyətə gətirilib - Andiçməyə hazırlıq

Dünya xəbərləri Materials 13 Yanvar 2021 10:56 (UTC +04:00)
Vaşinqtonda 6 min hərbçi hazır vəziyyətə gətirilib - Andiçməyə hazırlıq

Bakı. Orxan Nəbiyev - Trend:

ABŞ-ın paytaxtı Vaşinqtonda yeni seçilmiş prezident Co Baydenin yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə hazırlıqlar başlayıb.

Trend-in məlumatına görə, mərasimlə əlaqədar Konqres ətrtafındakı yollar bağlanıb.

Paytaxtda Milli Qvardiyanın 6 min əsgəri hazır vəziyyətə gətirilib. Vaşinqton meri Murial Bauzer digər ştatlardan da əlavə qüvvələrin cəlb olunacağını bildirib.

Builki andiçmə mərasimi həm pandemiya, həm də təhlükəsizlik tədbirləri ilə əlaqədar kütləvi toplanma olmadan keçiriləcək.

Xatırladaq ki, ötən həftə hazırkı prezident Donald Trampın tərəfdarları Konqres binasına hücum etmişdi. Hadisələr zamanı 5 nəfər həlak olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti