Bakı. Trend:
ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini vəzifəsinə namizədini açıqlayıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, C.Bayden bu vəzifəyə Devid Koenin namizədliyini irəli sürüb.
Xatırladaq ki, yanvarın 11-i Cozef Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə diplomat və ABŞ-ın Rusiyadakı sabiq səfiri Uilyam Bernsin namizədliyini irəli sürmüşdü.