...

Somalinin paytaxtında güclü partlayış olub (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 31 Yanvar 2021 19:07 (UTC +04:00)
Somalinin paytaxtında güclü partlayış olub (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Somalinin paytaxtı Moqadişo şəhərində güclü partlayış baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, partlayış şəhərin cənub hissəsində yerləşən "Afrik Hotel" mehmanxanasının yaxınılğında olub. Partlayış nəticəsində mehmanxananın binasına ciddi ziyan dəyib.

Partlayış nəticəsində ölən və xəsarət alanlar barədə məlumat verilmir.

"Dalsan" radiostansiyasının məlumatına əsasən, mehmanxanaya "Əş-Şəbab" terror qruplaşmasının üzvləri hücum ediblər. Bir neçə partlayış baş verib, terrorçular binaya daxil olublar. Hazırda atışma davam edir.

XXX

18:47

Somalinin paytaxtı Moqadişo şəhərində güclü partlayış baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, partlayış şəhərin cənub hissəsində yerləşən otellərdən birinin yaxınılğında olub.

Partlayış nəticəsində ölən və xəsarət alanlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti