Bakı. Trend:
Çin tənzimləmə agentliyi Böyük Britaniyanın "BBC World News" televiziya və radio şirkətinin fəaliyyətinə qadağa qoyub.
Trend-in məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər verib.
Bildirilib ki, televiziya kanalı Çində televiziya və radio yayım siyasətini ciddi şəkildə pozub:
"Xarici kanal olaraq Çində yayımlanmaq üçün müəyyən edilmiş tələbi yerinə yetirmədiyi üçün "BBC World News"un fəaliyyətinə davam etməsinə icazə verilmir".