...

Xorvatiya rəhbərliyi "AstraZeneca"nın istehsal etdiyi dərmanla peyvənd olunmağa hazır olduğunu açıqladı

Dünya xəbərləri Materials 22 Mart 2021 02:48 (UTC +04:00)

Bakı. Trend:

Xorvatiya Baş naziri Andrey Plenkoviç, Saborun (ölkənin bir palatalı parlamenti) sədri Qordan Yandrokoviç və səhiyyə naziri Vili Beroş, Böyük Britaniya-İsveç şirkəti "AstraZeneca" tərəfindən buraxılan dərmanla koronavirusa qarşı peyvənd olunmağa hazır olduqlarını ifadə ediblər.

Trend-in məlumatına görə, bu barədə HINA dövlət informasiya agentliyi xəbər verib.

Məlumatda deyilir: "Xorvatiya Saborunun sədri də Baş nazir Andrey Plenkoviç və səhiyyə naziri Villi Beroşla birlikdə "AstraZeneca"nın COVID-19-a qarşı dərmanla peyvənd olunmağa hazırdır, çünki koronavirus virusuna yoluxmasından bəri altı ay keçib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti