...

Xorvatiyanın Baş naziri və Səhiyyə Nazirliyinin başçısı "AstraZeneca" vaksini ilə peyvənd olunublar

Dünya xəbərləri Materials 25 Mart 2021 03:33 (UTC +04:00)

Bakı. Trend:

Xorvatiya Baş naziri Andrey Plenkoviç, Sabor (ölkənin bir palatalı parlamenti) sədri Qordan Jandrokoviç və səhiyyə naziri Vili Beroş "AstraZeneca"nin dərmanı ilə yeni koronavirusa qarşı peyvənd olunublar.

Trend-in məlumatına görə, bu barədə HINA informasiya agentliyi bildirib.

Səhiyyə naziri bildirib: "Bu gün xüsusilə "AstraZeneca" vaksini ilə peyvənd olunduğumuz üçün tibb elminə, peşəmizə güclü bir inam mesajı göndərdik".

Qeyd edək ki, Xorvatiyada 27 dekabr 2020-ci il tarixdə əhalinin koronavirus əleyhinə peyvəndlənməsi başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti