Bakı. Orxan Nəbiyev - Trend:
İtaliyanın baş naziri Mario Dragi koronavirusa qarşı "AstraZeneca" vaksini ilə peyvənd olunub.
Trend-in məlumatına görə, bu barədə baş nazirin mətbuat xidməti bildirib.
Qeyd olunur ki, M.Dragi və həyat yoldaşı Mariya Serenella Kappello Romada dəmiryol vağzalının vaksinasiya mərkəzində peyvənd olunub.
Xatırladaq ki, martın 9-da İtaliyanın 79 yaşlı prezidenti Serco Mattarella koronavirusa qarşı peyvənd olunmuşdu.
M.Dragi bir müddət əvvəl "AstraZeneca" vaksininin istifadəsinin müvəqqəti dayandırıldığı vaxtda məhz bu vaksinlə peyvənd olunacağını elan etmişdi.