...

Dünyada ötən sutka koronavirusa 560 mindən çox yoluxma qeydə alınıb - ÜST

Dünya xəbərləri Materials 5 Aprel 2021 22:39 (UTC +04:00)
Dünyada ötən sutka koronavirusa 560 mindən çox yoluxma qeydə alınıb - ÜST

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 561 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 561 783 nəfər yeni koronavirusa yoluxub, 8 196 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 131 020 967, ölənlərin isə 2 850 521 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti