...

ABŞ İranın nüvə sazişi üzrə danışıqlarda irəliləyiş gözləmir

Dünya xəbərləri Materials 6 Aprel 2021 08:43 (UTC +04:00)
ABŞ İranın nüvə sazişi üzrə danışıqlarda irəliləyiş gözləmir

Bakı. Trend:

ABŞ Administrasiyası İranın nüvə proqramına dair Vyanada keçiriləcək danışıqlarda irəliləyiş gözləmir.

Trend-in məlumatına görə, bunu mütəmadi brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.

N.Prays bildirib: "Qarşıdakı çağırışların miqyasını lazımi qiyməti veririk. Hər şey indi başlayır. Tezliklə irəliləyiş gözləmirik. Bu müzakirələrin çətin olacağını gözləyirik".

Mətbuat xidmətinin rəhbəri ABŞ-ın İran üzrə xüsusi elçisi Rovert Mellinin danışıqlarda iştirak etmək üçün Vyanaya gedəcəyini təsdiqləyib.

N.Prays qeyd edib ki, Vyanada ABŞ və İran arasında birbaşa danışıqlar planlaşdırılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti