...

İranda sutka ərzində 24 min nəfər koronavirusa yoluxub, 398 nəfər ölüb

Dünya xəbərləri Materials 19 Aprel 2021 14:38 (UTC +04:00)
İranda sutka ərzində 24 min nəfər koronavirusa yoluxub, 398 nəfər ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 24 346 nəfər koronavirusa (COVID-19) yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə virusa yoluxanların sayı 2 261 435 nəfərə yüksəlib. İnfeksiya daşıyıcılarından 4 843 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ötən 24 saat ərzində ölkədə 398 nəfər koronavirusdan ölüb. Beləliklə də COVID-19-dan ölənlərin ümumi sayı 67 130 nəfərə çatıb.

İndiyədək 1 797 319 nəfər koronavirusdan sağalıb, 14,5 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 550 min vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 416 min, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 134 min təşkil edir.

Koronavirusa yoluxma üzrə 257 rayon qırmızı və 129 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır.Daha 51 rayon sarı, 11 rayon isə mavi zona hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti