...

Braziliyada koronavirusdan ölənlərin sayı 390 minə çatır

Dünya xəbərləri Materials 25 Aprel 2021 08:52 (UTC +04:00)

Bakı. Trend:

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 71 137 nəfər yoluxub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 14 308 215 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 3 076 nəfər ölüb, ölənlərin ümumi sayı 389 492 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti