...

Londonda etiraz aksiyalarında 9 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 2 May 2021 03:38 (UTC +04:00)
Londonda etiraz aksiyalarında 9 nəfər saxlanılıb

Bakı. Trend:

Londonda polis səlahiyyətlərinin genişləndirilməsinə qarşı keçirilən etiraz nümayişi zamanı 9 nəfər saxlanılıb.

Trend TASS-a istinadən xəbər verir ki, Britaniya paytaxtının mərkəzindən keçən yürüşdə mindən çox insan iştirak edib.

İngiltərə şəhərlərində polisə əlavə səlahiyyətlər verən, o cümlədən etiraz nümayişlərini dağıtmaq, vandalizm və ictimai qayda pozuntularına görə cəzaları sərtləşdirən mübahisəli qanun layihəsinə qarşı nümayişlər koronavirus məhdudiyyətlərinə baxmayaraq mart ayından indiyədək davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti