...

Türkiyədə son sutkada koronavirusdan 35 438 nəfər sağalıb

Dünya xəbərləri Materials 4 May 2021 03:14 (UTC +04:00)
Türkiyədə son sutkada koronavirusdan 35 438 nəfər sağalıb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 347 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 41 191 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 24 733 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 4 900 121 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 35 438 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 4 515 819 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti