...

İtaliyanın baş naziri peyvənd dozaları üçün müxtəlif vaksinlərdən istifadə etməyi təklif edib

Dünya xəbərləri Materials 25 May 2021 20:26 (UTC +04:00)
İtaliyanın baş naziri peyvənd dozaları üçün müxtəlif vaksinlərdən istifadə etməyi təklif edib

Bakı. Orxan Nəbiyev -

İtaliyanın baş naziri Mario Dragi koronavirusa qarşı peyvəndlənən zaman birinci və ikinci dozalarda müxtəlif vaksinlərdən istifadə olunmasının mümkünlüyünü nəzərdən keçirməyə çağırıb.

Trend-in məlumatına görə, nazir bu təklifi Aİ sammitində müzakirələr zamanı deyib.

O bildirib ki, vaksinlərin qarışdırılması üçün Avropa Dərman Preparatları Agentliyinin (EMA) icazəsi olmalıdır.

Nazirin sözlərinə görə, dozaların müxtəlif istehsalçıların vaksinləri ilə vurulması orqanizmin koronavirusa qarşı müqavimətini daha da gücləndirəcək və dövətlərə vaksinlərin paylaşdırılmasında daha geniş imkanlar yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti