...

Burkina Fasoda silahlı hücum qurbanlarının sayı 138-ə çatıb

Dünya xəbərləri Materials 6 İyun 2021 05:07 (UTC +04:00)

Bakı. Trend:

Silahlıların Burkina Fasonun şimal-şərqindəki Solhan kəndinə hücumu nəticəsində ölənlərin sayı 138 nəfər çatıb. Daha əvvəl 100 nəfərin hücumun qurbanı olduğu barədə məlumat verilib.

Trend TASS-a istinadən xəbər verir ki, ölənlər arasında ən azı yeddi uşaq var.

Burkina Faso hökuməti üç günlük milli matəm elan edib.

ХХХ

5 iyun, 18:51

Burkina Fasoda silahlı hücum zamanı ən azı 100 sakin həlak olub.

Trend-in İnterfaksa istinadən verdiyi məlumata görə, bu barədə ölkə hökumətinin açıqlamasında bildirilib.

Məlumata görə, hadisə ölkənin şimalında, Yaqa əyalətində baş verib. Ölkədə 72 saatlıq matəm elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti