...

Kolumbiyada mədəndə partlayış olub, ən azı 11 nəfər dağıntılar altında qalıb

Dünya xəbərləri Materials 12 İyun 2021 07:51 (UTC +04:00)

Bakı. Trend:

Ən azı 11 nəfər Kolumbiyada kömür mədənində dağıntılar altında qalıb.

Trend-in məlumatına görə, bu barədə Milli Mədənçilik Agentliyindən bildiriblər.

Məlumata əsasən, xilasetmə qrupu Boyaka departamentində Soça bələdiyyəsindəki kömür mədənində partlayış səbəbindən yaranmış fövqəladə vəziyyətdə iştirak edir:

"İtkin düşən 11 nəfərlə bağlı xilasetmə işləri aparılır".

Üç mədənçini xilas etməyin mümkün olduğu qeyd olunur. Daha iki nəfərin də cəsədi tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti