...

Rusiyada yanacaqdoldurma məntəqəsində baş verən partlayış və yanğında yaralıların sayı artıb

Dünya xəbərləri Materials 15 İyun 2021 07:57 (UTC +04:00)
Rusiyada yanacaqdoldurma məntəqəsində baş verən partlayış və yanğında yaralıların sayı artıb

Bakı. Trend:

Rusiyanın Novosibirsk şəhərində yanacaqdoldurma məntəqəsində baş verən partlayış və yanğın nəticəsində yaralıların sayı 35 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin fövqəladə xidmətlərindən bildiriblər.

Bildirilib ki, ümumilikdə, 35 nəfər yaralanıb, onlardan 20-si əsasən yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Digər 15 nəfərə ambulator yardım göstərilib.

Qeyd olunub ki, 10-dan çox nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti