...

"Janssen" koronavirusa qarşı təkrar vaksinasiyaya ehtiyac olub-olmadığını araşdırmağa davam edir

Dünya xəbərləri Materials 24 İyun 2021 05:37 (UTC +04:00)
"Janssen" koronavirusa qarşı təkrar vaksinasiyaya ehtiyac olub-olmadığını araşdırmağa davam edir

Bakı. Trend:

ABŞ-ın "Johnson & Johnson" korporasiyasına məxsus "Janssen Pharmaceuticals" şirkəti koronavirusa qarşı təkrar vaksinasiyaya ehtiyac olub-olmadığını araşdırmağa davam edir.

Trend-in məlumatına görə, bunu "TASS"a şirkətin ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Riç Fereyra deyib.

R.Fereyra bildirib: "Hal hazırda peyvəndimizi ABŞ-da təcili vəziyyətlərdə istifadə etmək üçün icazəmiz var. Peyvəndimiz klinik sınaqlarda təhlükəsiz və təsirli olduğu nümayiş etdirib. Peyvəndin təsirinin müddətini və təkrar vaksinasiyaya ehtiyac olub-olmadığını müəyyən etmək üçün araşdırmalara davam edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti