Bakı. Trend:
Argentina hökuməti ABŞ-ın "Moderna" şirkətindən 20 milyon doza koronavirusa qarşı peyvənd almaq üçün saziş imzalayıb.
Trend-in məlumatına görə, bu barədə ölkə hökumətinin mətbuat xidməti bildirib.
Argentina Səhiyyə Nazirliyindən verilən məlumata görə, peyvəndlər 2022-ci ilin ilk rübündə Argentinaya göndərilməyə başlayacaq.
Nazirlik gələcəkdə yeniyetmələri peyvənd etmək üçün "Moderna"nı istifadə edə biləcəyinə ümid edir.