...

Almaniyada daşqınlar nəticəsində ölənlərin sayı 155-ə çatıb

Dünya xəbərləri Materials 18 İyul 2021 11:17 (UTC +04:00)

Bakı. Trend:

Almaniyanın qərbində baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 155 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ölüm hallarından 110-u Arvayler rayonunda, 45-i isə Şimali Reyn - Vestfaliyada qeydə alınıb.

Məlumata əsasən, təxminən 670 nəfərin xəsarət aldığı məlumdur.

Bildirilir ki, ölənlər və xəsarət alanların sayının artma ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti