...

Şinzo Abe Tokyo-2020-nin açılış mərasimində iştirak etməyəcək

Dünya xəbərləri Materials 22 İyul 2021 07:24 (UTC +04:00)
Şinzo Abe Tokyo-2020-nin açılış mərasimində iştirak etməyəcək

Bakı. Trend:

Yaponiyanın keçmiş baş naziri Şinzo Abe yüksək səviyyəli qonaq kimi dəvət aldığı Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak etməkdən imtina edib.

Trend-in məlumatına görə, bu barədə Yaponiyanın "NHK" telekanalı xəbər verir.

Məlumata əsasən, sabiq baş nazir bu qərarı koronavirusun sürətli yayılması səbəbilə Tokioda tətbiq edilən fövqəladə vəziyyət rejimi fonunda qəbul edib.

Bildirilir ki, adi Yaponiya vətəndaşlarının açılış mərasimində iştirak edə bilməyəcəyini nəzərə alaraq Ş.Abe öz iştirakını qeyri-mümkün hesab edib.

Xatırladaq ki, koronavirus pandemiyasına səbəbilə həm açılış mərasimində, həm də yarışların əksəriyyətində adi vətəndaşların iştirakına icazə verilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti