Bakı. Trend:
Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 108 732 nəfər yoluxub.
Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 19 632 443 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 324 nəfər ölüb, ölənlərin ümumi sayı 548 340 nəfər təşkil edir.