...

Əfqanıstanda Türkiyənin yalnız az sayda texniki heyəti qalıb - Ərdoğan

Dünya xəbərləri Materials 27 Avqust 2021 23:12 (UTC +04:00)
Əfqanıstanda Türkiyənin yalnız az sayda texniki heyəti qalıb - Ərdoğan

Bakı. Trend:

Türkiyə Bosniya və Herseqovinaya dəstək vermək üçün səylərini davam etdirməyə hazırdır.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Jelko Komşiçlə Sarayevoda keçirilən birgə mətbuat konfransında bildirib.

Türkiyə liderinin sözlərinə görə, Ankara "regional təhlükəsizliyin açarı" olan Bosniya və Herseqovina ilə əlaqələrə xüsusi önəm verir:

"Türkiyə Bosniya ilə ticarəti dövriyyəsini ildə 1 milyard avro səviyyəsinə çatdırmağa hazırdır. Əminəm ki, Bosniya və Herseqovinanın dünya səhnəsindəki mövqeləri daha sanballı ola bilər və biz bu işdə kömək etməyə hazırıq".

ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını şərh edən R.T. Ərdoğan, ölkələri terror təşkilatları ilə üzbəüz saxlaması cəhdlərinin dəhşətli nəticələrlə bağlıdır.

Türkiyə prezidenti bildirib ki, son məlumata görə, Əfqanıstanın paytaxtında baş verən partlayış qurbanlarının sayının 170 -ə çatdığını qeyd etdi

R.T.Ərdoğan Türkiyə vətəndaşlarının Əfqanıstandan çıxarılmasına da diqqət çəkib.

Türkiyə prezidenti qeyd edib: "Türkiyə vətəndaşlarından bütün mülki şəxsləri təxliyyə etdik. Hazırda Əfqanıstanda yalnız az sayda olan texniki heyət qalıb. Qalanların hamısı ölkəyə qayıdıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti